Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

29.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al-Nəhyan sentyabrın 27-də Əbu-Dabidə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu məlumatı BƏƏ-nin rəsmi WAM informasiya agentliyi yayıb. Qeyd olunub ki, iki lider ikitərəfli əlaqələri və onları gücləndirməyin yollarını müzakirə ediblər.

Məlumatda qeyd olunub: “Tərəflər BƏƏ ilə İsrail arasında ikitərəfli münasibətləri və onları gücləndirmək, daha da inkişaf etdirmək yollarını müzakirə ediblər”.

BƏƏ və İsrail 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə imzalanmış “İbrahim sazişləri” çərçivəsində diplomatik münasibətlər qurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью