Rəsmi XİNdən ABŞdakı teraktla bağlı paylaşım

02.01.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-dəki hücumu pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

“Birləşmiş Ştatların Nyu Orlean şəhərində onlarla insanın ölümünə və yaralanmasına səbəb olan iyrənc avtomobil hücumunu şiddətlə qınayırıq.

Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir.

Biz bütün forma və təzahürlərində terrorizmin bütün əməllərini, üsul və təcrübələrini birmənalı şəkildə pisləyirik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью