Rəsmilər COP29da iştirak etmək üçün Bakıya gəlirlər

10.11.2024

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəsmilər COP29-da iştirak etmək üçün Bakıya gəlirlər

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

10:24

Noyabrın 10-da Surinamın Prezidenti Çandrikapersad Santoki BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ölkəmizin Surinamdakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

Bundan başqa, bu gün San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada da eyni tədbir üçün Bakıya gəlib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью