Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, əfsanəvi tenor Plasido Dominqo Hedər Əliyev Mərkəzində konsert verib.
“Qafqazinfo”nun məlumatına görə, konserti izləyənlər arasında bir sıra rəsmilər də yer alıb.
Onların sırasında Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, baş prokuror Kamran Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev də olub.
Gecədə C.Puççi, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənib. Həmçinin Dominqonun tamaşaçılara sürprizi olub. Belə ki, əfsanəvi müğənni və gecənin digər ifaçıları “Küçələrə su səpmişəm” xalq mahnısını birlikdə ifa ediblər.