Rəsmilərimiz ATƏT PA nın prezidenti ilə görüşdü FOTO

20.02.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Avstriyanın paytaxtı Vyanada ATƏT PA-nın prezidenti Pia Kauma ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Sevinc Fətəliyeva, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və ATƏT PA-nın Baş katibi Roberto Montella iştirak edib.

Tərəflər arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, fevralın 20-21 ATƏT Parlament Assambleyasının (ATƏT PA) 24-cü qış sessiyası işə başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью