Rəsmilərin ölkəmizə səfəri davam edir FOTO

14.11.2024

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Sfera.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Soltan Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью