Respublika Diaqnostika Mərkəzində biabırçılıq… Xəstəni evə buraxmırlar | Icma.az
Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Respublika Diaqnostika Mərkəzində əməliyyat olunan xəstənin yaxınlarından 1700 AZN qan pulu tələb edirlər.
Ödəniş edilmədiyi üçün xəstəni evə aparmağa icazə vermirlər.
Tribunainfo.az xəbər verir ki, bu barədə Feysbukda jurnalist Ürfan Məmmədli yazıb.
O bildirib ki, xəstəxana ilə ailə arasında öncədən hər şey danışılıb və bu ödəniş barədə heç bir məlumat verilməyib: “Bir tanışım bu yaxınlarda Respublika Diaqnostika Mərkəzində ürək əməliyyatı olub.
Xəstəxana əməliyyatın xərclərinin icbari sığorta ilə tam ödənişinə razılaşmayıb, 50/50 razılaşıblar.
Əməliyyatdan əvvəl icbarinin ödənişindən savayı, 3500 AZN tələb olunub, xəstə ödəniş edib və əməliyyat olunub.
Bu gün xəstəni çıxarmağa gələn yaxınlarından isə 1700 AZN qan pulu tələb edirlər.
Tam oxu
Xəbəri oxu