Respublika fənn olimpiadalarına qeydiyyat başlayıb

26.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

26 noyabr saat 15:00-dan etibarən respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılıb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyat prosesi 9 dekabradək davam edəcək.

Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə “Whatsapp” üzərindən müraciət etmək mümkündür.

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabrda, X-XI siniflər üçün 29 dekabrda, digər fənlər üzrə isə 22 dekabrda əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью