Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və maddi-texniki bazanın yenilənməsi məqsədilə iri həcmli satınalma həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, publik hüquqi şəxs maşın və avadanlıqların alınması, eləcə də onların quraşdırılması xidməti üzrə tender elan edib. Müvafiq satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 1 milyon 182 min 586 manat 36 qəpik təşkil edir.
Məqsəd tibb müəssisəsinin müasir texniki vasitələrlə təchizatını təmin etmək, pasiyentlərə göstərilən diaqnostik və müalicə xidmətlərinin effektivliyini daha da artırmaqdır. Dominos pizza
Cəlalə Cəlalqızı