Respublika qəzeti və Xalq qəzeti redaksiyaları birləşdirildi

11.07.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyaları birləşdirilib.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Xalq" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью