Respublika Şahmat Mərkəzinə direktor təyin edildi İdmanXəbər

04.11.2024

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib.

İdmanxeber.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub.

E.Məmmədov yeni təyinatadək Qusar Olimpiya İdman Kompleksinə iki il rəhbərlik edib.

Daha əvvəl isə o, 23 ilədək bir sıra mətbu orqanlarda müxbir və redaktor kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

E.Məmmədov, eyni zamanda, İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 10 dəfə “İlin Qalibləri” layihəsini, həmçinin şahmat, minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью