Respublika Şahmat Olimpiadası başa çatıb

14.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub.

Olimpiadada yarışlar iki yaş kateqoriyası üzrə A (11-16) və B (10 yaş və daha kiçik) qruplarında təşkil edilib. A qrupunda oğlanlar arasında Suat İbrahimli, qızlarda isə Əsnad Baxşızadə qalib olub. Hər iki şahmatçı Azərbaycan Şahmat Federasiyası tərəfindən Avropa çempionatına ezam olunacaq.

Müxtəlif yaş kateqoriyalarında İnci Cəbrayılova, Ziya Qubatov (8 yaşlılar), Nurgün Fəxrətzadə, Azad Xuduzadə (10 yaşlılar), Sadəgül Əfəndi, Əyyub Zəkiyev (12 yaşlılar), Əsnad Baxşızadə, Suat İbrahimli (14 yaşlılar), Rəna Ağamirzəyeva və Emin İsmayılov (16 yaşlılar) birincilik qazanıb.

Komanda hesabında A qrupunda birinci yeri 4 nömrəli İOEUGİŞM tutub. 3 nömrəli RİOEUGİŞM 2-ci, Quba komandası isə 3-cü olub. B qrupunda 3 nömrəli UGİŞM fəxri kürsüdə ən yüksək yerə layiq görülüb. Quba komandası və 4 nömrəli UGİŞM müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüb.

Qeyd edək ki, turnirdə ümumilikdə 326 yeniyetmə mübarizə aparıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət yarış şəxsi-komanda xarakteri daşıyıb.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью