Respublika stadionuna məxsus Hyundai Sonata hərraca çıxarılır

22.01.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyinin tabeliyində olan "Tofiq Bəhramov adına Respublika Stadiona məxsus minik avtomobili hərraca çıxarılacaq. 

Fanat.Az xəbər verir ki, 2007-ci il istehsalı olan “Hyundai Sonata” markalı avtomobilin ilkin satış qiyməti 5300 manatdır. 

Hərrac martın 10-da keçiriləcək. 

Avtomobili satışı ilə bağlı ixtisaslaşmış saytlar üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, bazarda 2007-ci il istehsalı olan “Hyundai Sonata” markalı avtomobilin qiyməti 11-14 min manat arasında dəyişir. 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью