Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

06.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Günü münasibətilə Respublika Uşaq Kitabxanası ilə 1 nömrəli Uşaq İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində maarifləndirici tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Kitabxana əməkdaşları iştirakçılara Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti haqqında ətraflı məlumat veriblər.

Proqram çərçivəsində uşaqların ifasında Vətənə həsr olunmuş şeirlər səsləndirilib. İştirakçılar öz çıxışları ilə doğma torpağa, Vətənə və Zəfərə olan sevgi və qürurlarını ifadə ediblər. Tədbirin davamında uşaqların iştirakı ilə “Xarıbülbül” mövzusunda yaradıcılıq üzrə ustad dərsi təşkil olunub. Uşaqların yaradıcı bacarıqlarının nümayiş olunduğu ustad dərsi tədbirə xüsusi rəng qatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью