Respublika üzrə may ayının pensiya ödənişi yekunlaşıb

23.05.2025

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə Sherg.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Mayın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə may ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью