Respublikaçı senator: ABŞ Ukrayna böhranında iştirakına son qoymalıdır | Icma.az
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“NBC” telekanalına verdiyi müsahibədə nüfuzlu respublikaçı senator, Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Marko Rubio bildirib ki, ABŞ-ın Ukraynadakı böhrana son qoymasının vaxtı çatıb.
"Ukraynaya gəlincə, müharibəni kim istəyir? Donald Tramp bunun bitməsini istəyir.
O, iş adamı kimi bu məqsədə aparacaq taktikalardan danışmayacaq.
Amma başa düşə bilmirəm ki, biz niyə müharibənin bitməsini istəməyək”, deyə senator ifadə edib.
O qeyd edib ki, Rusiya rəhbərliyinə fərqli münasibət ola bilər, lakin onun qiymətləndirməsinə görə, Ukraynada vəziyyət “dalana dirənib”.
"Biz çıxılmaz vəziyyətə pul qoyuruq, bunu həll etmək lazımdır", deyən senator əlavə edir ki, söhbət "sağlam düşüncə"dən gedir.
CNN-ə telekanalına müsahibəsində o, bundan sonra ABŞ-ın praqmatik xarici siyasət yürütəcəyinə söz verib.
Tam oxu
Xəbəri oxu