Respublikaçılar Partiyasının namizədi Tramp səs VERDİ

05.11.2024

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-də Respublikaçılar Partiyasının namizədi Donald Tramp Florida ştatında səs verib.

Redaktor.az xəbər verir ki, Tramp həyat yoldaşı Melaniya Trampla səsvermədən sonra mətbuata açıqlama verib.

Əldə etdiyi məlumata görə "olduqca irəlidə" olduğunu iddia edən Tramp respublikaçıların güclü şəkildə səsvermə hüququndan istifadə etdiyini bildirib.

Tramp deyib: "Eşitdim ki, hər yerdə çox yaxşı işləyirik. Düşünürəm ki, bu gün böyük uğur qazanacağıq".

Seymur BƏNNAYEV 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью