“Respublikaçılar Putinin Çinə yaxınlaşmasını təhlükə siqnalı kimi qiymətləndirir” ŞƏRH | I…
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Post-sovet məkanından biz Rusiya və Çini təxminən eyni prizmadan, eyni baxış bucağından görürük: hər iki rejim avtoritar, təhlükəli və aqressivdir.
Lakin ABŞ-da, xüsusilə də Respublikaçılar Partiyasında, bu ölkələrə münasibət tarixi baxımdan fərqli olub.
Respublikaçılar uzun illər kommunist rejiminə qarşı mübarizənin avanqardı olublar və məhz onların siyasəti, xüsusilə də Ronald Reyqanın səyləri nəticəsində Sovet İttifaqı sonda süquta uğradı.
Respublikaçıların kommunizmə nifrəti, obrazlı desək, “qanlarında” var.
Lakin SSRİ dağıldıqdan sonra yeni rus elitasına, xüsusilə də Vladimir Putinə münasibət tamamilə fərqli formalaşdı.
Onu sovet sisteminin varisi kimi deyil, daha çox “özlərindən biri” — mühafizəkar, sağçı baxışlı, Amerika respublikaçı elitasına mənəvi cəhətdən yaxın bir fiqur kimi qəbul edirdilər.
Hətta Putin uzun müddət dost hesab olunurdu — təsadüfi deyil ki, Donald Tramp dəfələrlə deyirdi: “Mənim dostum Vladimir”.
Tam oxu
Xəbəri oxu