Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Miqrantlar ölkəmizə səs vermək üçün gətirilib, amma qanunsuz səs verirlər. Respublikaçıların bu məsələdə daha sərt davranmaması təəccüblüdür”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O, respublikaçılara müraciət edərək səsvermə prosesini ələ almağa və milliləşdirməyə çağırıb: “Respublikaçılar heç olmasa 15 ştatda səsverməni öz nəzarətlərinə almalı, səsverməni milliləşdirməlidir. Elə ştatlar var ki, çox saxtakardır və səslər düzgün sayılmır”.
Tramp səsverməni “milliləşdirmək” siyasətinin konkret olaraq necə həyata keçirilməli olduğunu açıqlamayıb.
Demokratlar partiyasının senatdakı lideri Çak Şumer isə Trampın iddialarını “qanunsuz” və “konstitusiyaya zidd” olduğunu iddia edib: “Tramp ölkə daxilində seçkiləri milliləşdirmək istədiyini deyib. Sizcə, o, demokratiyaya inanırmı? Onun dedikləri açıq-aşkar qanunsuzdur”.