Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Respublikaçılar Partiyasının bəzi nümayəndələri ABŞ Prezidenti Donald Trampın administrasiyasına Qrenlandiyaya mümkün hərbi müdaxilə ilə bağlı impiçment riskindən narahat olduqlarını bildiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qanunvericilər dövlət katibi Marko Rubio və Ağ Evin digər yüksəkvəzifəli rəsmiləri ilə əlaqə saxlayaraq narahatlıqlarını ifadə edib və məsələnin daha da gərginləşdirilməsindən çəkinməyi tövsiyə ediblər.
Məryəm Quliyeva