Respublikaçıları İranla müharibə UDUZDURUB

05.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ağ Ev respublikaçıların Konqres seçkilərində məğlubiyyətinin əsas səbəblərindən birini müəyyən edib.

ABŞ vitse-prezidenti Cey de Vens Respublikaçılar Partiyasının 3 noyabr seçkilərindəki məğlubiyyətini İranla müharibə ilə əlaqələndirib. 

“Cebheinfo.az” xəbər verir ki, o, bunu sosial media hesabı “X”-də yazıb.

"Məğlubiyyətimizin səbəbi İranla müharibədir. Bunu dünən gecə ABŞ Prezidenti Donald Tramp özü də bildirib", - deyə Ağ Evin sözçüsü sosial mediada yazıb.

O əlavə edib ki, Konqres seçkilərindəki məğlubiyyətin səbəblərindən danışmaq zamanı dürüst olmaq lazımdır. Üstəlik, o, ölkəsinə və vətənlərinin rifahı üçün çalışan prezidentinə olan inamını vurğulayıb. Vens, həmçinin artan inflyasiya və qiymətləri digər səbəblər arasında sadalayıb. Vens qeyd edib ki, 2024-cü ildə Donald Trampı dəstəkləyən bir çox amerikalı indi demokratlara səs verib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью