“Respublikanın qartalları” filmi Oskara namizəd göstərildi

27.08.2025

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

İsveç Tarik Salehin “Respublikanın qartalları” filmini 2026-cı il Oskarın “Ən Yaxşı Beynəlxalq Bədii Film” nominasiyası üçün irəli sürüb.

Kulis.az xəbər verir ki, siyasi triller janrında olan film Fares Fares, Lina Xudri və Zineb Trikinin iştirakı ilə ekranlaşdırılıb.

Film noyabr ayında İsveçdə keçiriləcək Stokholm Beynəlxalq Film Festivalının açılış filmi olacaq.

Qeyd edək ki, “Respublikanın qartalları” ekran əsərinin dünya premyerası may ayında Kann kino festivalında müsabiqə proqramında keçirilib və Toronto Beynəlxalq Film Festivalının “Centrepiece” bölməsində təqdim ediləcək.

Allah bizim iradəmizi şərə meyilli yaradıbsa... - Bəlkə, yalnız sənə aid olan dünyanın düzəlməsini istəyirsən? Latın cazının əfsanəsi vəfat etdi Məşhur aktyor "Oskar"a marağının olmadığını açıqladı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью