Rəssam Emil Əzizdən “Naxış və siluet”

15.12.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Dekabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, sərgidə müəllifin mövzu müxtəlifliyi ilə seçilən 50 əsəri nümayiş olunacaq.

Qarabağın zəngin mədəni irsini müasir vizual dildə təqdim edən sərginin əsas ideyası xalça ornamentlərinin minilliklər boyu qoruduğu yaddaşı XX-XXI əsrlərin estetik duyumu ilə birləşdirməkdir.

Erməni rejissorun gizli planı: Üzeyir bəyin icazəsiz çəkilən filminin nümayişi necə dayandırıldı? “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə Mənim kim olduğumu görəcək cəsarətin yoxdu... - Günün mahnısı

Ənənənin müasirliklə qovuşduğu “Naxış və siluet” sərgisi Qarabağın mədəniyyət xəzinəsinin qorunduğunu, eyni zamanda yenidən interpretasiya edilərək gələcəyə daşındığını göstərəcək.

Qeyd edək ki, sərgi dekabrın 21-dək davam edəcək.

Erməni rejissorun gizli planı: Üzeyir bəyin icazəsiz çəkilən filminin nümayişi necə dayandırıldı? “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə Mənim kim olduğumu görəcək cəsarətin yoxdu... - Günün mahnısı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью