Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyalı müğənni Qriqori Lepsin restoran biznesinə qarşı ümumi məbləği 700 min rubldan (təxminən 15 530 manat) çox olan dörd iddia qaldırılıb.
Axşam.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” məlumat yayıb. Məlumata görə, son iki ay ərzində müğənninin səhmlərinin 80 faizinə sahib olduğu “Loft Qrupp” şirkətinə qarşı dörd məhkəmə müraciəti daxil olub. İddialarda şirkətin təchizat müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiyi bildirilib. Tələb olunan məbləğlər 75 min (təxminən 1 583 manat) , 237 min (təxminən 4 995 manat) , 302 min (təxminən 6 372 manat) və 122 min rubl (təxminən 2 574 manat) təşkil edir.
Qeyd edək ki, 64 yaşlı Rusiyanın Xalq artisti bir müddət əvvəl həmkarı Nikolay Baskovdan borc alıb-almaması və ya ona maddi dəstək göstərib-göstərməməsi ilə bağlı sualı da cavablandırıb. İfaçı təfərrüatları açıqlamasa da, dostu müraciət edəcəyi təqdirdə ona kömək etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, Leps daha əvvəl rusiyalı ailələrin maddi vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlərə görə də müzakirələrə səbəb olub. Müğənni müsahibələrinin birində bəzi insanların ayda 200-300 min rubl gəlirlə necə yaşadıqlarını və iki uşağı necə təmin etdiklərini müzakirə edib. Onun sözləri sosial şəbəkələrdə narazılıqla qarşılanıb.