Restoran danışdı, 300 nəfəri dəvət etdi, sonda məclis olmadı

24.11.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Əməkdar artist Ruhəngiz Allahverdiyeva ad günü üçün böyük məclis təşkil edib. 

Milli.Az xəbər verir ki, müğənni "Elgizlə izlə" proqramında gecəyə 300 qonaq çağırdığını bildirib. O əlavə edib ki, son anda məclisi ləğv edib:

"300 adam çağırmışdım. Bir nəfər dedi ki, əminsən gələcəklər? Hamı demişdi gələcəyəm. Başqa bir səbəb yaşandı. Qərar verdim ki, etmirəm. Hamıya dedim ad günü olmayacaq. Alim Qasımovu belə dəvət etmişdim. Ondan iki gün əvvəl az qala qəzada ölüm. Edəcəyəm... Maddiyat güdməmişəm. Səbəbi deyə bilmərəm". (axşam.az)

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью