Restoranda 2 dosta silahlı hücum Ölən var

27.02.2025

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstanbulun Başakşəhir şəhərində bir restoranda dostu ilə görüşən 28 yaşlı Qasım Doğan silahlı hücum nəticəsində həyatını itirib. Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlayıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Q.Doğanın qardaşının da təxminən il yarım əvvəl Adanada eyni şəkildə qətlə yetirildiyi bildirilir.

Bildirilir ki, o dostuyla görüşmək üçün İstanbula gəlib. İki dost söhbət edərkən restorana girən naməlum şəxslər Q.Doğanı güllələyiblər.

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью