Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Xəbəri nazirliyin mətbuat xidməti yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 140 kv.m olan restoranda baş vermiş yanğının binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin salon hissəsi 60 kv.m sahədə yanıb. Xəsarət alan olmayıb.
Obyektin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.
P.ƏMİRCANOV
XQ