Restoranda hesabı ödəməyən həbs olundu

04.11.2026

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bakıda restoranda insident törədən şəxs həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8 Hall” restoranında qeydə alınıb. Məkana qonaq kimi dəvət olunan 34 yaşlı İzzət Şükürov (şərti adla) yeyib-içərək sərxoş olub. Sonda hesabın çox gəlməsinə görə etiraz edib və səs-küy salıb.

Hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirmək istəsələr də, qanuni tələbə məhəl qoymayıb. Beləliklə onun barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

Şahidlərin sözlərinə görə, İ. Şükürov hesabı ödəməkdən boyun qaçırıb və restoranda nalayiq ifadələr işlədərək, ictimai asayişi pozub.

Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью