Restoranda midiya yeyən ailə Hepatit A virusuna yoluxdu

30.07.2025

Icma.az bildirir, Azpost portalına istinadən.

Rusiyanın Çelyabinsk şəhərində bir ailə restoran yeməyindən sonra Hepatit A diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
AzPost xəbər verir ki, ailə dəniz məhsulları ixtisaslaşmış restoranda midiya (ikitaylı molyusk), kartof qızartması, pasta və salat yeyib. Təxminən bir ay sonra – istirahətdə olduqları vaxt – onlarda qarın ağrısı, ishal, qusma və sarılıq kimi əlamətlər başlayıb.

Evə qayıtdıqdan sonra aparılan müayinələr Hepatit A virusunu təsdiqləyib. Həkimlər xəstələrin azı 3 həftə müalicə almalı olduğunu, bərpa prosesinin isə 6 aya qədər çəkə biləcəyini bildirir.

Restoran hazırda bağlıdır. Rəsmi qurumlar obyektlə bağlı yoxlamalara başlayıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью