Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı

21.09.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda restoranda 64 yaşlı kişinin meyiti tapılıb.

Milli.Az xəbər verir ki, 1962-ci il təvəllüdlü Bəxtiyar Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi B.Çobanzadə küçəsindəki restoranda tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью