Restoranlarda əsaslandırılmamış servis haqları ümumiyyələ ləğv edilməlidir Ekspert

03.12.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“2025-ci ilin yanvar-oktyabr ayları dövründə ölkəyə edilən turist səfərlərinin sayı 183 ölkədən  2 171 000 olub. Bu 2024-cü ilin eyni dövrü ilə müqaisədə 1.7 faiz azalma deməkdir. Avropa ölkələrindən olan turist sayı 167 740 olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqaisəsə 21.7 faiz  azalma deməkdir. Bu dövrdə səfərlərin 24.4 faiz Rusiyadan,17.4 faiz Türkiyədən, 8 faiz İrandan, 6.6 faiz Hindistandan, 2.4 faiz Çindən olmuşdur. Bəs turist səfərlərinin azalması nə ilə əlaqəli ola bilər? İlk olaraq quru sərhədlərimizin bağlı olması, digər tərəfdən regionda bu sahədə güclü rəqabətin mövcud olması, əsasən də Gürcüstan və Türkiyədə. Bunlar əlbətdə obyektiv təsirlərdir. Lakin subyektiv təsirləri də nəzərdən qaçırmaq olmaz. Belə ki, əsas problemlərdən biri də, xidmət sektorunda çox zamanlar turistlərə olan xidmətin nisbətən daha baha olmasıdır”.

Bunu millət vəkili 525.az-a Eyyib Kərimli deyib. Onun sözlərinə görə, çox yerlərdə, muzeylər, tarixi məkanlar, restoranlar, təyyarə biletləri çox zaman xarici qonaqlar üçün daha baha xidmət haqqı təyin olunur. Restoranlarda bəzi hallarda şişirdilmiş qiymətlər, əsaslandırılmamış servis haqları və s:

“Sözsüz ki, bunlar da turistlərin gözündən yayınmır və səfər haqqında təsuratlara mənfi təsir göstərir. Bu cür hallara  ciddi nəzarət edilməlidir, turistlərə qarşı bu cür yanaşmaların qarşısı alınmalıdır. Restoranlarda əsaslandırılmamış servis haqları ümumiyyələ ləğv edilməlidir. Bu günlərdə Gürcüstanda da ləğv edildi. Digər tərəfdən turistlər üçün qiymətlər daha baha deyil yerli qiymətlərə bərabər olmalıdır ki, bu da səfərlərin daha münasib qiymətə başa gəlməsinə təsir etsin və dövriyyənin artmasını təmin etsin. Bu gün xidmət sektorunda qiymətlərlə göstərilən xidmətin keyfiyyətinin uyğunlaşdırılması üzrə ciddi işlər aparılmalıdır”.

Sevinc QARAYEVA
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью