Restoranlarda geniş yayılmış tələ nədir?

08.06.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Aşpazlar və marketinq mütəxəssisləri restoran müştərilərini menyularda yer alan “xüsusi təkliflər”ə qarşı daha diqqətli olmağa çağırır. 
Demokrat.az
xəbər verir ki, “Mirror” nəşrinin yazdığına görə, bu cür yeməklər çox vaxt müştəriləri təəccübləndirmək üçün deyil, istifadə müddəti sona yaxın olan məhsulları sərf etmək məqsədilə hazırlanır.
Məsələ ilə bağlı marketinq və psixologiya üzrə ekspert Basya “TikTok” üçün hazırladığı videoda bir çox restoranlarda “günün yeməyi” anlayışının arxasında nələrin dayandığını izah edib. Onun sözlərinə görə, restoranlar tez-tez eksklüzivlik və məhdudiyyət hissi yaradan psixoloji üsullardan istifadə edirlər.
Ekspert bildirir ki, bir çox restoranlarda lövhəyə təbaşirlə yazılan “günün yeməyi” ifadəsi müştəridə həmin təklifin yalnız bu günə aid olduğu təəssüratı yaradır. Lakin praktikada eyni yemək həftələrlə dəyişdirilmədən qala bilər və bu, onun həqiqətən xüsusi və ya yeni olduğunu göstərmir.
Bu yanaşmanın əsas səbəblərindən biri mətbəxdə artıq qalan və bahalı inqrediyentlərin itkiyə getməməsidir. Məsələn, bifşteksdən artıq qalan hissələr başqa bir yeməyə əlavə edilə bilər və bu şəkildə həm məhsul israfının qarşısı alınır, həm də gəlir artırılır.
Oxşar fikirlə dünyaca məşhur aşbaz və şoumen Qordon Remzi də çıxış edib. O, bir müsahibəsində müştərilərə xüsusilə şorba kimi “xüsusi təklif”lərə ehtiyatla yanaşmağı tövsiyə edib.
“Dünənki gün şorbasının nə olduğunu soruşun, sonra bugünkü ‘xüsusi təklif’i sifariş edin. Ola bilər ki, bu, əslində ayın şorbasıdır”, deyə aşbaz bildirib.
Ekspertlər həmçinin “günün balığı” kimi təqdim olunan dəniz məhsullarına da diqqət çəkirlər. Bu ifadə məhsulun son dərəcə təzə olduğu təəssüratını yaratsa da, hər zaman reallığı əks etdirmir.
Mərhum aşbaz Entoni Borden də özünün “Kitchen Confidential” kitabında xüsusilə həftənin əvvəlində balıq sifariş etməmək barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, “balıq xüsusi təklifi” bəzən cümə günündən qalan məhsul ola bilər.
Məqalədə qeyd olunur ki, bir çox balıq bazarları həftəsonu fəaliyyət göstərmədiyi üçün bazar ertəsi təqdim edilən dəniz məhsulları bəzən müştərilərin düşündüyü qədər təzə olmaya bilər. Bununla belə, bu, bütün restoranlara şamil edilən ümumi qayda deyil.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью