Restoranlarda gürcü xəngəli bahalaşıb

08.06.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanda may ayında milli mətbəxin ən məşhur yeməklərinin qiymətində artım qeydə alınıb.

Modern.az xəbər verir ki, may ayında ölkədə xəngəlin restoranlardakı orta qiyməti 4,5 faiz artaraq bir ədəd üçün 2,4 lariyə (təxminən 0,9 dollar-red) çatıb.

Bununla yanaşı, xaçapurinin qiymətində daha ciddi artım müşahidə olunub. Belə ki, restoranlarda xaçapurinin qiyməti illik müqayisədə 11,6 faiz yüksəlib.

Qiymət artımının ərzaq məhsulları və xidmət xərclərindəki dəyişikliklərlə əlaqəli olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью