Restoranlarda yoxlama başlayır

08.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən 14 aprel tarixindən iaşə obyektləri və restoranların ətrafında ölçmə işləri aparılacaq, havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görüləcək:

"Restoran və şadlıq saraylarının sahiblərini əvvəlcədən xəbərdar edirik ki,  obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar, qurğuların filtrlərini yeniləsinlər". 

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью