Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Aparıcı Kazım Sübhan Halloween bayramının ölkəmizdə qeyd olunmasına münasibət bildirib.
Axşam.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək restoran və müxtəlif məkanlarda Halloween partilərinin təşkil edilməsini tənqid edib. Aparıcı milli bayram və adət-ənənələrimizin yaşadılmasının vacibliyini vurğulayaraq bu sualları ünvanlayıb:
“Ümumiyyətlə, mənşəyi, tarixi və mahiyyəti çoxlarına məlum olmayan bu Halloween bayramını niyə belə həvəslə qeyd edirik? Restoranlar, məkanlar, müxtəlif təşkilatçılar bir-birinin ardınca Halloween partiləri elan edirlər. Hələ bir özümüzə məxsus bayramları, milli adət-ənənələrimizi layiqincə qeyd edib yaşadaq, sonra başqa mədəniyyətlərin bayramlarına keçərik.
Maraqlıdır, bu qorxunc personajlar, qəribə obrazlar nəyi ifadə edir? Xüsusilə də uşaqları bu cür görüntülərin, kostyumların və simvolların içinə çəkməyin nə mənası var? Uşaqlara bunu necə təqdim edirik? Ümumiyyətlə, Halloween-in uşaqlarla nə əlaqəsi var?
Niyə daim özümüzə məxsus olmayanı mənimsəməyə, başqalarına bənzəməyə can atırıq?”