Rəsul Quliyev Bilgəhdəki torpaq sahəsini 5 milyon manata satıb

18.12.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Sabiq spiker Rəsul Quliyev Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesində yerləşən torpaq sahəsini satıb.

Gununsesi.info xəbər verir ki, torpaq sahəsi 5 milyon manata alınıb. Satış əməliyyatı bu ayın əvvəlində baş tutub.

Xatırladaq ki, sözügedən ünvandakı torpaq sahəsi və Rəsul Quliyevə məxsus digər əmlaklarla bağlı uzun müddət sabiq deputat, Şeyxülislam Allahşükür Paşazadənin qardaşı Qalib Salahzadə ilə məhkəmə çəkişməsi aparılıb. Həmin məhkəmə prosesi səbəbindən Rəsul Quliyev torpaq sahəsini uzun müddət sata bilmirdi.

Onu da qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də yaşayır. Onun ailə üzvləri 30 ildən sonra bu ayın əvvəlində Bakıya gəliblər. Bu barədə Rəsul Quliyevin qızı Xanım Hənna sosial şəbəkə hesabında paylaşım edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью