Rəsulov “Xəzər dənizi kuboku”nda çıxış edəcək

10.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Sabah İranın Gilan şəhərində şahmat üzrə “Xəzər dənizi kuboku” beynəlxalq turniri start götürəcək.

İdman.biz xəbər verir ki, yarışda azərbaycanlı qrossmeyster Vüqar Rəsulov da iştirak edəcək.

Turnirə ümumilikdə 116 şahmatçı qatılacaq.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarış fevralın 20-də başa çatacaq.

Qeyd edək ki, Rəsulov “Xəzər dənizi kuboku”nda reytinqinə görə ikincidir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью