Rəsulzadənin Bakıdakı evinin divarına vurulacaq LÖVHƏ

31.01.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

1918-ci ildə o, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Əli Mərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və başqaları ilə  irlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.
1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.
Modern.az xəbər verir ki, Rəsulzadənin doğum günündə onun Bakıdakı evinin divarına vurulması nəzərdə tutulan lövhənin şəkli yayılıb. Şəkli araşdırmçı Dilqəm Əhməd ictimailəşdirib.
O, lövhənin müəllifinin “Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun həmtəsisçisi Vahid Mustafayev olduğunu qeyd edib.
“Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun üzvü, tarixçi alim Solmaz Rüstəmova-Tohidi isə bildirib ki, bu lövhə hələ ki layihədir.
“Rəsmi icazə alınanda təbii ki, üzərində işləmək, dəyişikliklər etmək mümkündür. Əsas məqsəd - cəmiyyətdən gələn dəstəkdir”, - tarixçi alim deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью