Reteqi İngiltərə yolunda

14.02.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya A Seriyası təmsilçilərindən "Atalanta"nın üzvü Mateo Reteqi karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, forvardla "Arsenal" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.

Premyer Liqa komandaları oyunçu üçün İtaliya təmsilçisi ilə artıq görüş keçiriblər.

Xatırladaq ki, Mateo "Atalanta"ya ötən il "Cenoa"dan 28 milyon avro qarşılığında transfer olunub.

Qeyd edək ki, 25 yaşlı italiyalı bu mövsüm A Seriyası təmsilçisinin heyətində iştirak etdiyi 34 rəsmi matçda 23 qol, 4 assistlə yadda qalıb.

Keyn öz ölkəsinə qayıda bilər 41 yaşlı futbolçu 1 il daha Fransa klubunda  Ərəblərdən etirazlara səbəb olacaq növbəti qərar Musiala 5 il daha "Bavariya"da Cekodan fədakarlıq: Əli sınsa da...
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью