Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Amerikanın Los-Anceles şəhərində (Kaliforniya ştatı) avtomobilin piyadaları vurması nəticəsində üç nəfər ölüb, üç nəfər ağır xəsarət alıb.
AZXEBER.COM "Reuters"ə istinadən xəbər verir ki, hadisə Şimali Hollivud rayonunda, Lankerşim bulvarında baş verib.
Yerli yanğınsöndürmə xidmətinin məlumatına görə, zərərçəkənlərdən üçü hadisə yerində həyatını itirib. Daha üç nəfər kritik vəziyyətdə xəstəxanalara çatdırılıb.
Məlumata görə, xəstəxanaya yerləşdirilənlər arasında iki piyada və avtomobilin sürücüsü var.
Hadisə ilə bağlı araşdırma aparılır.