Reuters : ABŞ onlarca ölkədən Çinlə Sİ yarışında tərəf seçməyi tələb edəcək

15.08.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Vaşinqton onlarca ölkə qarşısında süni intellekt sahəsində ABŞ koalisiyası ilə Çinin analoji təşəbbüsü arasında seçim etmək tələbini irəli sürməyə hazırlaşır. Bu barədə "Reuters" agentliyi Dövlət Departamentinin məktub layihəsinə istinadən xəbər verir. Sənədə əsasən, əgər dövlətlər eyni vaxtda Pekinin rəqib strukturlarında iştirak etməyə cəhd göstərərlərsə, Vaşinqtonla tərəfdaşlıqdan çıxarılmaqla hədələnəcəklər.

Ötən il ABŞ yarımkeçiricilər, Sİ modelləri və nadir mineralların təchizat zəncirini qorumaq üçün "Pax Silica" təşəbbüsünə start verib. Bu təşəbbüsə Yaponiya, Cənubi Koreya, Avstraliya, eləcə də Qazaxıstan qoşulub. Lakin Qazaxıstanın eyni vaxtda Pekin tərəfindən yaradılmış "Süni İntellekt Sahəsində Ümumdünya Əməkdaşlıq Təşkilatı"na daxil olması Ağ Evdə ciddi narahatlıq doğurub.

"Hər şeyin parçası olmaq - heç nəyin parçası olmamaq deməkdir. "Pax Silica" Bəyannaməsini imzalamaq, sadəcə üzvlüyün rəsmiləşdirilməsi deyil, bu, bir öhdəlikdir", - sözügedən sənəddə qeyd olunur.

Agentlik vurğulayır ki, ABŞ bu müraciətlə yarımkeçiricilərin və kritik əhəmiyyətli xammalın tədarükünü qorumağa, həmçinin hərbi və ya iqtisadi üstünlük üçün istifadə oluna biləcək "ən qabaqcıl Sİ"nin yaradılması uğrunda yarışda Çini resurslardan məhrum etməyə ümid edir.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью