“Reuters”: Belçika NATO sammitində 3,1 milyard avroluq silah aldığını elan edə bilər

02.07.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 iyul, AZƏRTAC

Belçika iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində 3,1 milyard avro dəyərində hava hücumundan müdafiə sistemlərinin satın alındığını elan edə bilər.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.

İddiaya görə, Belçika ümumi dəyəri 3,1 milyard avro olan 10 ədəd NASAMS və 20 ədəd “Skyranger” hava hücumundan müdafiə sistemi almaq niyyətindədir.

Agentlik qeyd edir ki, müqavilə Belçika hökuməti tərəfindən vaxtında təsdiqlənsə, Brüssel satınalmaları NATO sammitində elan edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью