“Reuters”: Böyük Britaniyada inflyasiya səviyyəsi niyə bu qədər yüksəkdir?

24.10.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Böyük Britaniyada sentyabrda inflyasiyanın səviyyəsi 4%-ə yaxın olub. Bu, dünyanın ən böyük zəngin iqtisadiyyatları arasında ən yüksək göstəricidir və İngiltərə Bankının hədəf göstəricisini iki dəfə üstələyir.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, yüksək qiymət artımı templəri ev təsərrüfatları üçün yük yaradır və bu o deməkdir ki, borc üzrə faiz dərəcələri, ehtimal ki, ən azı qısamüddətli perspektivdə digər ölkələrlə müqayisədə daha yüksək qalacaq.

Bu, həm də maliyyə naziri Reyçel Rivzin vəzifəsini çətinləşdirir. O, seçicilərə yaşayış xərcləri ilə bağlı təzyiqi azaldacağını və iqtisadi artımı sürətləndirəcəyini vəd edib. Lakin, ehtimal ki, gələn ay vergiləri artırılacaq ki, bu da inflyasiyanın artmasına səbəb ola bilər.

Avqustda Böyük Britaniyada inflyasiya səviyyəsi 3,8% təşkil edib ki, bu da avrozonadakı 2,0%-dən əhəmiyyətli dərəcədə yüksəkdir.

Böyük Britaniyada qiymətlərə sürətli əmək haqqı artımı təsir edib, bu, qismən COVID-19 pandemiyasından sonra işçi çatışmazlığı, həmçinin minimum əmək haqqı və işəgötürənlərin vergilərinin artımı ilə bağlı olub.

Digər ölkələrdə olduğu kimi, bu ilin əvvəlində də enerji daşıyıcıları və qida məhsullarına qiymətlər artıb. Enerji daşıyıcılarına qiymətlər 2023-cü ilin sonunda və 2024-cü ildə inflyasiyaya əhəmiyyətli dərəcədə endirici təzyiq göstərib.

İngiltərə Bankı tənzimlənən elektrik enerjisi və qaz qiymətlərinin qarşıdakı aylarda inflyasiyanı artıq stimullaşdırmayacağını gözləsə də, qida məhsulları qiymətlərinin artacağı ehtimalı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью