Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qahirə, 2 mart, AZƏRTAC
Dəniz sığorta şirkətləri gəmilər üçün müharibə riskləri üzrə sığorta təminatını ləğv edir. İran ətrafında gərginliyin artması fonunda neft daşımalarının qiymətlərinin kəskin bahalaşacağı gözlənilir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, indiyədək İranla bağlı münaqişənin genişlənməsi nəticəsində azı 3 neft tankeri zərər görüb, 1 heyət üzvü həlak olub. Eyni zamanda, təxminən 150 gəmi Hörmüz boğazında hərəkətsiz vəziyyətdə qalıb.
Bildirilib ki, son hadisələr ticarət gəmiçiliyi üçün riskləri əhəmiyyətli dərəcədə artırıb.
Bazar günü yayılan məlumatlara əsasən, Hörmüz boğazında və ətraf sularda azı 150 gəmi, o cümlədən neft və mayeləşdirilmiş təbii qaz tankerləri lövbər salıb. Mövcud vəziyyət qlobal enerji bazarlarında əlavə təzyiq yarada bilər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə