Reuters: Rusiyada neft emalı 45 faiz azalıb...

19.11.2026

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...

...2026-cı ilin noyabrında Ukrayna Müdafiə Qüvvələrinin Rusiya neftayırma zavodlarına hücumları səbəbindən Rusiyada neft emalı 45 faiz azalıb.

SİA xəbər verir ki, bu barədə “Reuters” neft-kimya sənayesindəki mənbələrə istinadən yazır.

Reuters hesab edir ki, Rusiya Federasiyasında neft emalı həcmlərinin azalması qlobal enerji bazarında gərginliyə səbəb ola bilər.

Bu, həm də Rusiyanın prezident Donald Tramp və Vladimir Putinin oktyabrda bağladıqları “dizel müqaviləsi” çərçivəsində ABŞ qarşısında götürdüyü öhdəliyi yerinə yetirməsini çətinləşdirəcək.

Reuters mənbələri iddia edir ki, Ukrayna Müdafiə Qüvvələrinin hücumlarından sonra Rusiyanın 35 ən böyük neft emalı zavodundan 15-i hasilatı azaltmağa və ya fəaliyyətini tamamilə dayandırmağa məcbur olub.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya neftayırma zavodlarına hücumları səbəbindən bu ilin yaz və yayında olduğu kimi, Rusiya yenidən yanacaq çatışmazlığı ilə üzləşməyə başlayıb.

Tramp “enerji atəşkəsi” elan etdi...

Xatırladaq ki, noyabrın 11-də Tramp Ukrayna ilə Rusiya arasında “enerji atəşkəsi”nin tətbiq olunduğunu bəyan etmişdi.

Kiyev və Moskva bunu təsdiqləməyib, lakin Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların intensivliyi bir müddətdir ki, azalıb.

Daha sonra Ukrayna rus işğalçılarının Ukraynanın mühüm infrastrukturuna hücumları səbəbindən Rusiyadakı strateji hədəflərə hücumların sayını artırmalı oldu.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью