Reuters: Suriya ordusunun komandanlığı zabitlərə Əsədin hakimiyyətinin sona çatdığını elan edib

08.12.2024

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Suriya ordusunun komandanlığı bazar günü zabitlərə Suriya prezidenti Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatdığını elan edib.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentlik qeyd edib ki, bu barədə iki üsyançı mənbə məlumat yayıb. Məlumata görə, Dəməşqin “artıq Əsəddən azad olduğunu” deyən Suriya üsyançılarının dövlət televiziyası vasitəsilə Suriya xalqına ilk bəyanatını verəcəyi gözlənilir.

Qeyd olunur ki, Bəşər Əsəd bazar günü səhər tezdən Dəməşqdən naməlum istiqamətə uçub, iki yüksək rütbəli ordu zabiti Reuters agentliyinə bildirib ki, üsyançılar paytaxta daxil olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью