Reuters: Suriya ordusunun komandanlığı zabitlərə Əsədin hakimiyyətinin sona çatdığını elan edib

08.12.2024

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriya ordusunun komandanlığı bazar günü zabitlərə Suriya prezidenti Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatdığını elan edib.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentlik qeyd edib ki, bu barədə iki üsyançı mənbə məlumat yayıb. Məlumata görə, Dəməşqin “artıq Əsəddən azad olduğunu” deyən Suriya üsyançılarının dövlət televiziyası vasitəsilə Suriya xalqına ilk bəyanatını verəcəyi gözlənilir.

Qeyd olunur ki, Bəşər Əsəd bazar günü səhər tezdən Dəməşqdən naməlum istiqamətə uçub, iki yüksək rütbəli ordu zabiti agentliyə bildirib ki, üsyançılar paytaxta daxil olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью