Reuters: Tramp Qrenlandiyanın hərbi yolla ələ keçirmək istəyir

26.01.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Trampın administrasiyasının Qrenlandiya üzərində mümkün hərbi nəzarət ideyasından tam şəkildə imtina etmədiyi bildirilir.

AzPost xəbər verir ki, Reuters agentliyi bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ötən ilin dekabrında ABŞ, Danimarka və Qrenlandiya nümayəndələrinin adanın paytaxtı Nuuk şəhərində keçirdiyi görüş konstruktiv atmosferdə baş tutub. Mənbələr bildiriblər ki, həmin görüş zamanı Qrenlandiyanın hərbi və ya maliyyə yolu ilə ilhaqı məsələsi müzakirə olunmayıb. Lakin Reuters-in məlumatına görə, bu görüşdən bir neçə həftə sonra Vaşinqtonun mövqeyində dəyişiklik müşahidə edilib.

Agentlik yazır ki, 21 dekabr tarixində Qrenlandiya üzrə xüsusi elçi təyin olunan Ceff Lendri daha əvvəl sosial şəbəkələrdə adanı ABŞ-ın bir hissəsinə çevirmək niyyətini açıq şəkildə ifadə edib.

Bundan sonra Tramp və onun komandasının Qrenlandiyanın hərbi yolla ələ keçirilməsi ehtimalını daha fəal şəkildə müzakirə etməyə başladığı iddia olunur. Bildirilir ki, bu mövzu həm müsahibələrdə, həm də onlayn platformalarda dəfələrlə səsləndirilib.
Mənbələr qeyd ediblər ki, Vaşinqtonda bu cür planlar əvvəllər ciddi şəkildə nəzərdən keçirilmirdi.

Yanvarın 21-də NATO-nun baş katibi Mark Rütte ilə keçirilən danışıqlardan sonra Donald Tramp Qrenlandiya ilə bağlı mümkün razılaşma üçün əsasların formalaşdığını bəyan edib. Axios portalının məlumatına görə, Mark Rütte Danimarkanın ada üzərində suverenliyini saxlayan, lakin 1951-ci il müdafiə sazişinin şərtlərini yeniləyən layihə təklif edib. Bu razılaşma NATO-nun razılığı ilə ABŞ-a Qrenlandiyada hərbi bazalar yerləşdirməyə və zərurət yarandıqda “müdafiə zonaları” yaratmağa imkan verə bilər.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью