Reuters : USAID Ukraynaya dəstək layihələrini dondurur

25.01.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya yardımla bağlı layihələrini dayandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə departamentdəki mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Onların sözlərinə görə, dondurulmuş layihələrə səhiyyə sahəsində yardım, o cümlədən uşaqların peyvənd edilməsi, eləcə də məktəblərə dəstək daxildir.

Daha əvvəl "Politico" xəbər vermişdi ki, ABŞ dövlət katibi Marko Rubio, demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin dərhal 90 gün müddətinə dondurulmasına göstəriş verib. Nəşrin məlumatına görə, Dövlət Departamentinin bütün əməkdaşlarına sərəncamda istisnalar olsa da, demək olar ki, bütün “mövcud xarici yardım qrantları” üzrə “işi dayandırmaq” əmri verilib. Xüsusilə, İsrail və Misir üçün hərbi maliyyələşdirmə proqramları davam etdiriləcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью