Rəvan Həmzəzadə “Qarabağ”, İnqilab Məmmədov “Sabah” üçün düşərlidi araşdırma

23.04.2025

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları bəllidi. “Qarabağ” – “Araz-Naxçıvan” oyununu Rəvan Həmzəzadə, “Sabah” – “Neftçi” oyununu isə İnqilab Məmmədov idarə edəcək.

Bəs, ədalət təmsilçilərinin ayaqları bu mövsüm hansı komandalar üçün düşərli olub? “Football-plus.az” bu suala cavab axtardı.
Rəvan Həmzəzadə “Qarabağ”la “Araz-Naxçıvan”ın kubok oyunlarına təyinat almasa da, premyer-liqa matçlarında iş başında olub.
Misli premyer-liqası
6-cı tur: Araz-Naxçıvan – Kəpəz 1:0
10-cu tur: Kəpəz – Qarabağ 0:5
18-ci tur: Qarabağ – Araz-Naxçıvan 2:0
21-ci tur: Zirə - Qarabağ 3:2
23-cü tur: Neftçi – Qarabağ 0:1
25-ci tur: Sabah – Araz-Naxçıvan 2:2
Göründüyü kimi, “Qarabağ” dörd oyunun üçündə qələbə qazanıb, birində uduzub. “Araz-Naxçıvan” isə üç oyunda qələbə qazanıb, qalan qarşılaşmalarda bir heç-heçə, bir məğlubiyyət qeydə alınıb. Deməli, Həmzəzadənin “köhlən atlar”a uğur gətirdiyini deyə bilərik. Xüsusilə “Qarabağ” – “Araz-Naxçıvan” matçında.
İnqilab Məmmədovla bağlı durum isə fərqlidi. “Fit sahibi” hər iki komandanın həm kubok, həm də premyer-liqa görüşlərini idarə edib.
Ölkə kuboku
1/16 final: Turan Tovuz – Sabah 2:2, p. - 3:5
1/4 final: Kəpəz – Neftçi 0:2
Misli premyer-liqası
1-ci tur: Sabah – Şamaxı 2:2
4-cü tur: Araz-Naxçıvan – Neftçi 1:1
8-ci tur: Qarabağ – Sabah 3:2
17-ci tur: Araz-Naxçıvan – Sabah 0:1
18-ci tur: Turan Tovuz – Neftçi 1:1
22-ci tur: Sabah – Turan Tovuz 2:1
28-ci tur: Neftçi – Araz-Naxçıvan 1:1
İnqilab Məmmədovun kubok oyunlarında bu komandalar üçün uğurlu olduğu bəlli məsələdi. Ancaq premyer-liqadakı mənzərə fərqlidi. Belə ki, “Sabah” onun idarə etdiyi 4 matçdan 2-də qələbə qazanıbsa, 1-də heç-heçə, 1-də məğlubiyyət qeydə alınıb. “Neftçi”nin meydana çıxdığı üç matçın hamısı “sülh”lə nəticələnib. Bu mənada İnqilab Məmmədovun Masazır təmsilçisi üçündə düşərli olduğu qənaətinə gələ bilərik.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью